Qubada qızılca xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlərin sayı artıb. Bu barədə ShimalNews 4 dekabr tarixində xəbər verir.
Əldə olunan məlumata görə, son həftə ərzində çox sayda valideynlər uşaqlarını mərkəzi xəstəxanaya gətirirlər ki, qabaqlayıcı tədbir görülsün.
İddia edilir ki, hazırda rayon ərazisində 20-dən yuxarı adamda qızılca xəstəliyi aşkarlanıb. Onların çoxu evdə müalicə alır. Yoluxanlar arasında 1 orta yaşlı kişi və 1 yaşadək olan körpələr də var.