Quba rayonunda qeydiyyatda olan şirkət Sumqayıtda abadlıq işləri ilə məşğul olacaq. Bu barədə ShimalNews 28 iyul tarixində Sumqayıt24-ə istinadən məlumat verir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qaliblərindən biri “Everest Tikinti” MMC-dir. Şirkətlə 355.017 manat məbləğində müqavilə imzalanıb.
10 manat nizamnamə kapitalı olan “Everest Tikinti” MMC Zərdabi ərazisində qeydiyyatdadır.
Şirkət 11.03.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.