Qubada yerləşən ictimai iaşə müəssisələrində siqaret çəkən şəxslər məsuliyyətə cəlb olunublar. Bu haqda ShimalNews 14 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Qapalı məkanlarda tütün məmulatlarından istifadə edənlərə qarşı tədbir keçirilib. Qaydaları pozan şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.