Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən sakin cəzalandırılıb. Bu barədə ShimalNews 22 may tarixində məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, araşdırma zamanı Rustov kənd sakini Novruz Cəbrayılovun istehsalat məntəqəsi aşkar olunub. Faktlarla bağlı akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb. Kömür quyusu isə ləğv edilib.