Qubada dünən əsən güclü külək Zərdabi qəsəbəsində çətinliklər yaradıb.
Sakinlər Shimal.News-a bildiriblər ki, ağacların budaqları qırılıb, avtobus dayanacağı aşıb və hələ də bərpa edilməyib. Üstəlik hazırda elektrik təminatında fasilə yaranıb.
Avtobus gözləyən sakinlər dayanacaq yararsız vəziyyətdə olduğu üçün hazırda yağışın altında dayanmaq məcburiyyətində qalıblar.