Quba rayonu Alekseyevka kənd məktəbində şagirdlərin yay tətili müddətində mütaliə ilə məşğul olmaları təmin ediləcək. Bu haqda ShimalNews 4 iyul tarixində məlumat verir.
"Kitabsız qalma" layihəsi çərçivəsində "Kitabsız qalmayaq" onlayn oxu günü çərçivəsində hər həftə maraqlı əsərlər üzərində müzakirələr təşkil olunacaq. Müzakirələr vasitəsilə uşaqlar oxumaq vərdişlərini inkişaf etdirəcəklər və bu, onların düşünmə və analiz qabiliyyətlərini artıracaq.
Təşkilatçılar: məktəbin kitabxanaçısı Aydan Nemətova, Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Məstanova, ibtidai sinif müəllimi Ülviyyə Əliyeva.