top
Qubada iki fərqli vəzifə daşıyan məmur kimdir?
05 noyabr 2024, 12:30
- ↺ +

Qubada iki fərqli vəzifə daşıyan məmur kimdir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada məktəb direktoru bələdiyyə sədri olaraq da fəaliyyət göstərir.

Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Qımılqazma kənd məktəbinin direktoru Vüqar Kərimov eyni zamanda Qəçrəş kənd bələdiyyəsinin sədri vəzifəsində də çalışır:

“Vüqar Kərimov uzun illərdir hər iki vəzifədə rəhbər olaraq çalışır. Bu da qanun pozuntusudur”.

Məsələ ilə bağlı hüquqşünasların da fikrini öyrəndik. İlk olaraq qeyd edək ki,

bələdiyyələrin statusu haqqında qanunun 15.2 maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz.

Nəzərə alsaq ki, direktor vəzifəsi elmi yox, inzibati vəzifə hesab edilir.

Bundan başqa Dövlət qulluğu haqqında qanunun 20.1.1 maddəyə əsasən dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa ixtiyarı yoxdur.

Məsələ ilə bağlı Shimal.News-a açıqlama verən hüquqşünas Fərhad Mehdiyev bildirib ki bələdiyyə sədri həmin ərazidə yaşayan sakinlərə xidmət etməlidir:

“Məktəb direktoru kimi işləməsi onun əhaliyə xidmət göstərməsinə maneə yaradır. Bu məqsədəuyğun deyil. Eyni zamanda qanuna da ziddir. Dövlət qulluğu haqqında qanunun 20.1.1 maddəsinə görə, dövlət qulluqçusu hər hansı əlavə ödənişli seçkili və təyinatlı vəzifə tuta bilməz”.

Qeyd edək ki, 2 il bundan öncə sözügedən bələdiyyə sədrinin ailəsinə qarşı sui-qəsdə cəhd olunub. Nəticədə ailə üzvləri müxtəlif xəsarətlər alıb. Hadisəni törədən şəxs isə 17 il azadlıqdan məhrum edilib.

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər