Quba rayonunda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) erkən aşkarlanması ilə bağlı aksiya təşkil edilib. Bu haqda ShimalNews 22 dekabr tarixində məlumat verir.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Quba Regional Laboratoriyasının mütəxəssisləri Mərkəzi Qan Bankının Quba bölməsində çıxış edərək İİV/QİÇS-nin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.
İİV-nin ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statuslarını dəqiqləşdiriblər.