Quba rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib. Bu haqda ShimalNews 26 oktyabr tarixində RİH-yə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən toplantıda Quba RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin əməkdaşı Murad Əsgərov, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbir RİH-nin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal Regional Mərkəzinin və Quba Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.