Qubada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə ShimalNews 29 iyul tarixində Report-a istinadən məlumat verir.
Zərqova kəndində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ülfət Güləliyev həyətyanı sahəsində yetişdirdiyi 23 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar olunub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Güləliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.