Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Bu haqda ShimalNews 8 may tarixində məlumat verir.
Tədbirdə RPŞ-nin əməkdaşları, kollecin pedaqoji heyəti və tələbələri iştirak ediblər. Bu zaman narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə məlumatlandırma aparılıb.
Həmçinin tələbələrə erkən nikahın fəsadlarından bəhs edərək onlara bu mövzuda ətraflı məlumat verilib. Sonda onları maraqlandıran suallar cavablandırılıb.