Qubada gənclər üçün "Bədən dili və təqdimat bacarığı" mövzusunda seminar keçirilib. Bu haqda ShimalNews 16 dekabrda məlumat verir.
Olimpiya İdman Kompleksində gənclərə bədən dilinin, jestlərin gündəlik həyatda əhəmiyyətindən, həmçinin düzgün təqdimat qaydalarından məlumat verilib.
Təlim Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun təşkilatçılığı ilə həyata keçirilib.