Quba rayonunun Timiryazev qəsəbəsində yanğın qeydə alınıb. Bu barədə ShimalNews 9 may tarixində “Apa”ya istinadən məlumat verir.
Çörək sexində yerləşən cihazda nasazlıq olub və alışma baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Alovun qarşısı alınıb.