Samur-Dəvəçi kanalında 42 yaşlı Quba sakininin meyiti tapılıb. Bu barədə ShimalNews 25 fevral tarixində xəbər verir.
Barlı kənd sakinləri saat 14:00 radələrində cəsədi taparaq, müvafiq qurumlara müraciət ediblər. Artıq Ramin Yusifovun meyiti tibbi ekspertizaya göndərilib.
Mərhumun üzərində şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.
Məlumat əlavə ediləcək.