Qubadakı yanacaq doldurma məntəqələrinin əksəriyyətində benzin satışı dayandırılıb.
Bu barədə Shimal.News-a yerli sürücülər məlumat veriblər.
Onların sözlərinə görə, "Azpetrol" istisna olmaqla digər yanacaq doldurulma məntəqələrində benzin satılmır. Bəzi məntəqələrdə isə 10 litr həcmində limit tətbiq olunur.
Sürücülərə benzin satışının hansı səbəbdən dayandırılması barədə dəqiq məlumat verilmir.