Qubada xüsusi ayrılmış yerdən kənara tullantı atan şəxsə qarşı tədbir görülüb. Bu haqda ShimalNews 1 dekabr tarixində məlumat verir.
Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçiriblər. Məişət tullantılarını müvafiq yerdən kənara atan, ərazidə antisanitar vəziyyət yaradan 1 nəfər şəxs müəyyən olunub. Onunla profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.