Qubada intihar hadisəsi baş verib. Bu barədə ShimalNews 27 aprel tarixində məlumat verir.
Hadisə aprelin 27-si saat 00:30 radələrində qeydə alınıb. 39 yaşlı Bərqov kənd sakini Samir İsrafilov özünü asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Mərhum FHN-in işçisi idi, 2 övladı qalıb.