Qubada fəaliyyətdə olan “D Fruit” MMC, "Fruitsbyjan" MMC və "NorthFood" MMC barələrində tənbeh tədbirləri görülüb. Bu haqda ShimalNews 21 dekabr tarixində “Fed.az”a istinadən məlumat verir.
Həmin şirkətlər vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta törədiblər.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.