Quba Rayon Prokurorluğunda intihar hadisələləri araşdırılır. Bu barədə ShimalNews 22 may tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
Rayonun Səbətlər kəndində yaşayan 44 yaşlı Qoşqar Məmmədov evinin giriş hissəsində özünü asaraq intihar edib. Digər hal Atuc kəndində baş verib. 41 yaşlı İsmət Sultanov evinin həyətindəki tövlədə özünü asaraq həyatına son qoyub.