Qubada 19 yaşlı tələbə bıçaqlanıb. Bu barədə ShimalNews 27 aprel tarixində Report-a istinadən məlumat verir.
Hadisə şəhərin "28 May" parkında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini Rəvan Nəsirov xəsarət alıb. Onu xəstəxanaya çatdırıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.