Qubada son 1 ay ərzində 16 nəfər narkotik üstündə tutulub. Bu haqda ShimalNews 7 noyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər. Dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.
Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.