Qubada çətənə kolları və marixuana aşkar edilib. Bu barədə ShimalNews 27 iyul tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Adıçəkilən narkotik maddələr Zərqova kənd sakini Ü.Güləliyevin həyətində aşkarlanıb. Onun kultivasiya yolu ilə yetişdirdiyi 23 ədəd çətənə kolu və 11 qrama yaxın marixuana aşkar olunaraq müsadirə edilib.
Əməliyyat Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılıb.