Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib. Bu haqda ShimalNews 13 noyabr tarixində Unikal.az-a istinadən məlumat verir.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Coşğun Əliyev RTİ-nin müdiri vəzifəsini icra edəcək.
Coşğun Əliyev bundan əvvəl Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini olub.