Bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsi (RTİ) üzrə əvvəlki illərdə ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirə bilməyənlərə növbəti şans verilib. Bu haqda ShimalNews 23 dekabr tarixində məlumat verir.
İmtahan Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə eksternat qaydada təşkil olunub. 15-25 noyabr tarixlərində müraciəti qeydə alınmış 534 nəfərdən 487-si imtahanda iştirak edib.