Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib. Bu haqda ShimalNews 6 may tarixində məlumat verir.
Yarışmada Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan V, VI və VII sinif şagirdləri iştirak ediblər. 2 mərkəzdə təşkil olunan imtahanlara ümumilikdə 505 nəfər şagird qatılıb.
Nəticələr 14 may 2024-cü il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsində yerləşdiriləcək.