"Vətənpərvərlik klubu"nun üzvləri qazilər ilə görüş keçiriblər. Bu barədə ShimalNews 29 iyul tarixində Quba GİKM-yə istinadən məlumat verir.
Gənclər Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən Süleyman Süleymanov, Füzuli və Qubadlı istiqamətində savaşan Heybətqulu Əkbərov və Suqovuşan istiqamətində şücaətlə döyüşən Məhəmməd Əzizovla görüşüblər. İgidlərimiz klub üzvlərinə döyüş yolundan danışıblar.
Sonra qəhrəmanlarımız gəncləri maraqlandıran suallar cavablandırıblar.