Quba və Qusar rayonlarında fəaliyyət göstərən fermerlər Aqrar Sığorta Fonduna müraciət ediblər. Bu barədə ShimalNews 7 may tarixində məlumat verir.
Mayın 4-dən başlayan kəskin hava şəraiti arpa, buğda, pambıq əkinlərinə, alça və gilas bağlarına zərər vurub. Hesablamaların aparılması üçün rayonlara ekspertlərin ezam olunması nəzərdə tutulur.
Bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə fermerlərə dolu hadisələri üzrə 503.000 manat, sel-subasmaya görə isə 101.000 manat sığorta ödənişi edilib.