Quba şəhər Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsinə Sadıq Məmmədov təyin edilib. Bu haqda ShimalNews 20 dekabr tarixində məlumat verir.
Bununla bağlı Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov əmr imzalayıb. Direktor vəzifəsini müvəqqəti olaraq icra edəcək Məmmədov Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimidir.