Quba rayonunun Üçgün kəndində tez-tez işıqlar sönür. Bu barədə ShimalNews-a 10 may tarixində məlumat daxil olub.
Vətəndaşlar bildiriblər ki, buna səbəb kənddə yerləşən transformatorun qəzalı vəziyyətdə olmasıdır. Küləkli hava şəraitində metal konstruksiya sıradan çıxır. Nəticədə 200-ə yaxın evin işığı kəsilir.
“Külək əsir, yağış yağır, biz qalırıq işıqsız. Bu vəziyyət uzun illərdir yaşanır. Transformatorun qəzalı olması bir kənara, onun ətrafında olan hasar da yararsız haldadır. Bu da kənd camaatı üçün təhlükəlidir”, - deyə sakin bildirib.