Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbində "Əbədi Türk qardaşlığı" adlı tədbir təşkil olunub. Bu barədə ShimalNews 4 may tarixində məlumat verir.
Şagirdlərin ifasında ədəbi əsərlərdən kiçik səhnəciklər, rəqs və mahnı nümunələri, əl işləri, müəllim və kollektiv tərəfindən hazırlanmış türk mətbəxinə aid təamlar təqdim olunmuşdur.
Tədbirdə şəhid ailələri, qazilər, təhsil və digər qurumların rəhbərləri iştirak etmişdir.