Dövlət Arxivinin Quba filialında tələbələr üçün təlim keçirilib. Bu haqda ShimalNews 3 noyabr tarixində məlumat verir.
"Kargüzarlıq və arxiv işi" ixtisası üzrə təhsil alan Dövlət Sosial-İqtisadi Kollecinin 3-cü kurs tələbələri arxivin əsas fəaliyyət istiqamətləri ilə tanış olublar.
Qurumun filial direktoru Şirin Müzəffərov tələbələrə Siyəzən, Xaçmaz, Şabran və Qusar rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması, elektron xidmətlər barədə ətraflı məlumat verib.