Qubada İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ictimai iaşə müəssisələrində yoxlamalar keçiriblər. Bu haqda ShimalNews 30 noyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar. Onlar İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində inzibati tənbeh tədbirləri görülüb.