Quba rayonunda oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu haqda ShimalNews 21 mart tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Elşad Güliyev və Elşən Hacıyev tutulublar.
Məlum olub ki, gənclər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafedən, bağdan, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlayıblar. Onlar zərərçəkmişlərə ümumilikdə 7905 manat dəyərində ziyan vurublar.
Faktlarla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.