Quba rayon sakininin meyiti "Şabrançay" su kanalından tapılıb. Bu barədə ShimalNews 19 oktyabr tarixində məlumat verir.
Məlumata görə, Şabranda aşkar edilən meyit 23 yaşlı Rafail Ramazanovundur. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində ekspertiza aparılır.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
May ayında 23 yaşlı Söhüb kənd sakini Rafail Ramazanovun itkin düşməsi haqqında xəbər vermişdik. Yuxarıda qeyd olunan meyitin ona məxsus olması aydınlaşdırılır.