Quba Rayon İcra Hakimiyyətində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin medalları təqdim edilib. Bu haqda ShimalNews 28 dekabr tarixində quruma istinadən məlumat verir.
Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, leytenant Tapdıq Bayramov, gizir İxtiyar Bayramov, əsgər Sənan Qəhrəmanov, əsgər Səbuhi Əliyev, əsgər Emral Həsənov, əsgər Altun Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Vətən uğrunda” medalları ilə (ölümlərindən sonra) təltif ediliblər.
Tədbirdə icra başçısı İlqar Mahmudov, Müdafiə Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.