Quba rayonunda Pərviz Şirinbekovun şəhidlik zirvəsinə ucalmasından 30 il ötür. Bu haqda ShimalNews 26 dekabr tarixində məlumat verir.
Mərasim sabah saat 13:00-da 1-ci Nügədi kəndində şəhidimizin evində baş tutacaq. Ehsan süfrəsinə şəhid ailələri, qazilər dəvət ediliblər.
Qarabağ şəhidi Pərviz Şirinbekov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1993-cü il dekabrın 27-də Şiştəpə uğrunda gedən döyüşlərdə şəhid olub. Quba Şəhidlər xiyabanında dəfn olunub.