Bu gün Qubada şəhid Nizami Aydəmirovun qardaşının toy mərasimi keçirilir. Bu barədə ShimalNews 28 iyul tarixində məlumat verir.
Məclis Alekseyevka kəndi ərazisində yerləşən şadlıq sarayında baş tutur. Mərasimdə Quba RİH-nin başçısı Ziyəddin Əliyev və onun müavinləri, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanları rəhbərləri, yerli YAP sədri və rayon fəalları qatılıblar.
Vətən müharibəsi zamanı baş kəşfiyyatçı Nizami Aydəmirov igidcəsinə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Aydəmirov 2020-ci il oktyabrın 7-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamlarına əsasən, Nizami ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
[caption id="attachment_21529" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21531" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]