Qubada Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 8 may tarixində məlumat verir.
Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər. Məktəblilər şəhidlərimiz, ordumuz haqqında şeirlər söyləyiblər. Daha sonra Mehrab Niftəliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda məktəb şagirdlərinə Quba Tarix-Diyarşünaslıq Muzeyi adından fəxri fərmanlar təqdim olunub.