Bu gün Qubadan olan şəhid leytenant Tapdıq Bayramovun ilk mövlud günüdür. Bu haqda ShimalNews 31 oktyabr tarixində məlumat verir.
Tapdıq Bayramov Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı şəhid olub. Yaşasaydı, 25 yaşı tamam olacaqdı.
19-20 sentyabr tarixlərində keçirilən əməliyyatda 199 nəfər şəhidlik zirvəsinə ucalıb. 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.