Bu gün Qubadan olan şəhid Altun Əliyevin 40 mərasimi keçirilir. Bu barədə ShimalNews 4 noyabr tarixində məlumat verir.
Məclis Təngaltı kənd qəbiristanlığında şəhidin məzarının ziyarəti ilə başlayacaq. Daha sonra onun evində ehsan süfrəsi veriləcək. Mərasimə hər kəs dəvətlidir.
Altun Əliyev Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə uçalıb.