Qubada məktəblilər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını keçiriblər. Bu haqda ShimalNews 27 dekabr tarixində məlumat verir.
Uşaq İncəsənət Məktəbində baş tutan tədbirin bədii hissəsində Yeni il şənliyinin əsas personajları Şaxta baba və Qar qız iştirak ediblər. Məktəbin şagirdləri maraqlı musiqi nömrələri ifa edib, şeirlər səsləndiriblər.
Rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgi də qonaqlara təqdim olunub.