Qubada ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 1 may tarixində məlumat verir.
Tədbir Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Torpaq-iqlim şəraitinə uyğun əkilən müxtəlif cinsli ağaclara gübrə verilərək suvarılıb. Aksiyada tibbi heyətlə yanaşı, RİH-nin məsul şəxsləri iştirak ediblər.
Cari il ərzində bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.