Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 2 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir dekabrın 8-i baş tutacaq. Burada Zərqava kənd İƏD-ni əhatə edən Zərqava, Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba və Mahmudqışlaq kənd sakinləri iştirak edə bilərlər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.