Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 1 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir mayın 3-ü Xaltanda baş tutacaq. Kənd tam orta məktəbinin binasında Xaltan, Çarxaçu, Muçu, Nütəh, Rəngdar və Utuq kəndlərinin sakinləri müraciətlərini səsləndirə biləcəklər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.