Qubanın icra başçısı İlqar Mahmudov Xaltan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 4 may tarixində məlumat verir.
Tədbirdə Polis şöbəsinin rəisi, İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlərə rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.