Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Söhüb kəndində vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 23 may tarixində məlumat verir.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.