Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 9 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir dekabrın 14-ü Rustov kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında baş tutacaq. Qəbulda Rustov, Bad, Baxçalı, Cadan, Cindar, Dəhnə, Güneyməhlə, Hacıağalar, Xənəgah, Kələbağ, Qalagah, Qamqam, Məckəxacə, Püstəqasəm kənd sakinləri iştirak edə bilərlər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.