Mədəniyyət Nazirliyi Qubadan olan şair-publisisti mükafatlandırıb. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
Nazir Adil Kərimli tərəfindən ədəbiyyat sahəsindəki səmərəli fəaliyyətinə görə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı Fəxri Fərmanla təltif olunub.
Mədəniyyət Nazirliyinin məsul işçiləri, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, AYB Quba bölməsini təmsil edən şair və yazıçılar, ADPU-nun Quba filialının müəllimlərinin iştirakı ilə Quba Rayon Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirilib.