Quba rayonunda güclü leysan yağıb. Bu barədə ShimalNews Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinə istinadən 1 avqust tarixində məlumat verir.
Təbiət hadisəsi ötən gün saat 13:40 radələrində Qrız kəndi ərazisində baş verib. Bu səbəbdən Qrız hidrometeoroloji stansiyasından 400 metr şərqdə yerləşən şəlalədə bir neçə saat ərzində güclü axın müşahidə olunub.
Qeyd edək ki, adi günlərdə bu şəlalədən az miqdarda bulaq suları axır.