Qubada 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 1 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.
Tədbir Qonaqkənd qəsəbəsinin Mədəniyyət evində baş tutub. Burada RİH-nin məsul şəxsləri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, QHT-nin Quba Regional Resurs və Təlim Mərkəzinin sədri, ADPU-nun Quba filialının əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.
Tədbir Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilib.